Азербайджанский мультикультурализм

Vlad və Lisa — könüllülər — Ukrayna

21.05.2019 | 13:39
  • Поделиться
О Передаче

Mənim adım Vladdır. Mən Komsomolskdanam. Poltava şəhərində 4-cü peşə məktəbində təhsil almışam. Hazırda mən adaptasiya mərkəzindəyəm. Yeniyetmələr üçün «Ümid işığına» gedirəm. Orada kömək edirəm, kompüter oyunları oynayıram. Mərkəzdə gəzməyi sevirəm, orada köhnə artilleriya məktəbi binası var. Dostlarımla sadəcə şəhərdə gəzə bilirəm. Artilleriya məktəbini sevirəm, çünki orada eksterimal və adrenalin var. İndi imkan və güc olmuşkən pul qazanmaq, həmçinin xaricə yaxud başqa bir yerə getmək üçün  iş  axtarıram.

Mənim adım Lisadır, Mən tibb akademiyasında təhsil alıram. 9-cu sinifdən gələcəkdə müvəffəqiyyətli həkim olacağımı bilirdim, çünki mənim üçün çox vacibdir. Uşaqlığımdan bəri anam digər insanların qayğısına qalmağı və onlara kömək etməyi öyrədib. Ona görədə mən könüllü olmaq istəyirdim. İndi fəal könüllülüklə məşğul oluram — ehtiyacı olanlara kömək edirəm. Könüllülükdən başqa, idmanla məşğul oluram, əl işini sevirəm. Origami öyrənmədən uzaqlaşmağıma imkan verir, çünki tibb çətin bir sahədir, lakin hələdə ona yiyələnmək niyyətindəyəm. Origamidən başqa, mən həmçinin idmandan: atletika, voleyboldan zövq alıram. İdmanla yanaşı, dostlarımla  da əylənməyi çox sevirəm. Bir neçə adla təsvir etsək, mən  qız övladı, dost, atlet, tələbə və könüllüyəm. Dəyişikliklərə bizimlə başlayın!

Reporter: Mariia Kutsuna

Editor: Yuliia Zlepko

 

 


СМОТРИТЕ ТАКЖЕ

14:36
11.12.2015

Вечер смотрин

1:44
11.02.2015

Галина Хайнзельманн (Германия)

10:40
02.11.2018

Традиции Кусаров продолжают жить

05.02.2019

Омар Чомаклы (ректор Университета Ататюрк — Турция)

08.12.2015

Первый урок талышского языка