Азербайджанский мультикультурализм

Saşa Novak — rəssam — fotoqrafçı qız — Moldova

21.05.2019 | 14:27
  • Поделиться
О Передаче

Mən  Saşa Novakam.  Mən, Dnestr çayı  sahilində yerləşən  Ribnitsa şəhərinin kiçik sənaye şəhərindənəm. Mən gənc anayam; Yaradıcılıq, fotoqrafiya, insanlarla əlaqəli layihələrlə maraqlanıram. Sevimli layihələrimdən biri rəsm və fotoqrafiyanın önündə olan «Rənglərin silueti»dir.Sulu boya hərəkətini çəkdim. Şüşə qabın dibinə hərəkət etmiş  boyanın rənginə qədər minlərlə fotoşəkil çəkdim. Sonra onları vurğulamaq üçün ağ  xəttlə düzülən  siluet axtarırdım. Bu formalar insanlara müəyyən təsir göstərmişdir. Heyrətlənib, bu formaların dərinliklərinə nüfuz edirdilər: sakitləşir,  öz rəngini, surətini tapırlar. Bu tısbağalı mavi ocean ola bilər,  «narıncı balina» ola bilər, mən də ”narıncı balina” adlandırıram. Kifayət qədər rəsm topladıqda onları sərgiyə qoymaq vaxtı gəldiyinə qərar verdim.  Narahat olduğumdan birdən qərar verə bilmədim, insanlar tərəfindən seviləcəkmi? Başa düşüləcəkmi?  Gənclər çox fəal şəkildə reaksiya verdi. Hətta böyüklər də onları çox sevdi. Bir çox insanlar mənə  əsərlərimi   mümkün qədər çox insanlara göstərməyim üçün onları böyük şəhərlərə, meqapolisə  nümayiş etdirməyimi söylədilər. Onlar əsərlərimin güclü gözəl olduğunu söyləyirdilər! Bu, insanların ümidlərinə cavab verən saf, lazımi birsey olduğu mənasını verir. Biz kiçik bir şəhərdə yaşayırıq, gənclər nə etdiklərini və nə edə biləcəyini göstərməyə qərar vermirlər, amma bu əbəs yerədir. İnsanlar bir gecədə dəyişmir, lakin bu və ya digər tərzdə insanlara  müsbət təsir göstərmək istərdim. «Rənglərin silueti» layihəsi  bacardığımı  göstərməkdən qorxduğum an  yaradıcılığımın başlanğıc nöqtəsi idi. Bu mənim ilk təşəbbüsümdür, lakin məncə uğurlu təşəbbüs olacağını deyə bilərəm. Yolun başında olan, sənət yaradıcılığında özlərini axtaranlara, arzu edərdim: istədiklərini etməkdən qorxmamağı, ondan zövq almağı, çünki gedişatı nəticəsi qədər sevindiricidir !!!

 

Reporter: Angela Zaharova
Editor: Alexandru Zaharov

 


СМОТРИТЕ ТАКЖЕ

09.08.2016

S/f «Quba yəhudiləri»

07.04.2016

Второй урок талышского языка

12:06
19.07.2019

Первый урок цахурского языка

10.05.2019

Ramazan işığında — 5

21.05.2019

İxtiraçı qız — Ukrayna