Азербайджанский мультикультурализм

Maksim Vohin — Velosiped səyyahı — Ukrayna

21.05.2019 | 13:29
  • Поделиться
О Передаче

Velosiped səyyahı, turist  olduğunuzda,  bu nəzərə çarpır, çünki böyük çantanız var və ya yayda günəş dərinizi yandırıb. Mənim adım  Maksim Vohindir. 29 yaşım var və  velosipedə böyük marağım var. İlk səfərim Ukrayna və birazda Moldova ətrafında oldu. Sonda harada olduğumu bilmirdim. Sadəcə sürürdüm. Artıq nə qədər sürdüyümü bilmirdim. Yola düşəndə nə qədər gedəcəyimi və harada bitəcəyini bilmirdim. Sadəcə həmişə geri dönə biləcəyimi düşünürdüm, ancaq  Karpat dağlarına çatdığım ortaya çıxdı. Bir anda yuxudan oyandım, gecəni həmişə çadırda keçirirəm, və beləcə oyandım və anladım: Karpat dağlarındayam! Vau, çatmışdım. Yolu daimi olaraq dəyişdirdim. Bu şəkildə səyahət edərkən həmişə tək ola bilmirsən, hər zaman biri ilə tanış olursan. Yerli xalqla,  mənim kimi, lakin ola bilsin başqa istiqamətdə səyahət edən avtostop edənlərlə, velosipedçilərlə  tanış ola bilərsiniz, buna görədə heç vaxt  tək qalmayacaqsınız. Gündə 80 və ya 20 km sürə bilərsiniz. Bu sizin əhvalınızdan asılıdır.  Qazandığım ən maraqlı müşahidə və təcrübə, pis havada heç vaxt sürməməlisiniz. Yağışa və ya güclü küləyə baxmayaraq, həmişə xoş əhval-ruhiyyədə sürməlisiniz, çünki yol onu hiss edir və eyni şəkildə cavab verir. Birisi velosiped seçir; başqası avtostopu seçir, biri yalnız səyahət edir. Hesab edirəm ki, səyahətlər  bizi dəyişir və nə olursa olsun hər zaman yaxşıdır.

Reporter: Kateryna Markova
Editor: Taras Bilka

 


СМОТРИТЕ ТАКЖЕ

21.05.2019

Nikozi — animasiya rəssamı — Gürcüstan

24.06.2017

Zamanın çağırışı — İslamda qadın

15.05.2019

Ramazan işığında — 10

21.05.2019

Vlad və Lisa — könüllülər — Ukrayna

8:32
03.09.2015

“Yeni müdir” — Ləzgi teatrının yeni tamaşası