Азербайджанский мультикультурализм

Karim və Yassin — Tunis

21.05.2019 | 10:45
  • Поделиться
О Передаче

Karim “Mən məktəbi erkən yaşda tərk etdim, Dərslərimdə uğurlu olmadım, Çox şey xəyal edirdim, amma iş tapa bilmirdim, ona görədə balıqçılıq işinə getdim. İş mühiti məni şok etdi; Bu qədər çətin olacağını gözləmirdim. Dənizə girirəm və geri qayıdıb qayıtmayacağımı bilmirəm”.

Yassin “ Mən gənc Tunis rəssamı Yassin Ben Alayayam, Mən repə bağlıyam. Bu musiqini xüsusilə özümü ifadə etmək və ümumilikdə Tunislilərin maraq göstərdiyi məsələləri ifadə etmək üçün seçdim.

Ümumilikdə sənət, xüsusilə də «rep» sənəti məhdud olsa, mesajını çatdıra bilməz. Buna görə də  bizə  ifadə azadlığını  təmin edən inqilabdan sonra oxumağa başladım, bir çox mövzulardan danışa bilərik, etirazlar edə bilərik, tələblərimizi yerinə yetirə bilərik. Ondan əvvəl etiraz etmək hüququmuz yox idi.

İfadə etmək hüququmuz yox idi, amma indi musiqi özümü ifadə etmək və səsimi eşitdirmək üçün öz yolumu  seçməyə imkan verdi.

Tunisdəki bir çox vəziyyətin çətin olduğu doğrudur, amma azadlıq böyük bir varlq olaraq qalır və bu çox vacibdir «.

Karim “Gənclər inqilabından sonra bir çox imkanlar olacağını  və reallığın dəyişəcəyini düşündüm, amma iqtisadi vəziyyətin daha da mürəkkəbləşdiyini gördüm. Bir çox digər gənclər kimi mən də ümidimi itirmişəm. Azadlığın  yaxşı olduğu düzdür, amma tək azadlıq «çörək vermir».

Reporter:    Imene Chemek and Salma Khalifa

Editor:        Nejm-Eddine Ben Salem


СМОТРИТЕ ТАКЖЕ

03.03.2016

Зимняя школа — Послание миру

8:32
03.09.2015

“Yeni müdir” — Ləzgi teatrının yeni tamaşası

1:04
08.06.2015

Андрес Пастрана (экс-президент Колумбии)

21.05.2019

Yana Panfilova — QİÇS xəstəsi — Ukrayna

22.06.2016

“Bizim rəqslər” Köçəri