Азербайджанский мультикультурализм

İnna Buzilo — balet rəqqasəsi — Ukrayna

20.05.2019 | 16:47
  • Поделиться
О Передаче

Mənim adım  İnna Buzilodur. Mən Kropyvnytskyi şəhərindənəm, hazırda Kiyevdə yaşayır və Kiyev Milli Operetta Teatrında balerina kimi işləyirəm. Hər gün saat 11-də  opera və ya xoreoqrafiya kollecində dərslərə gedirəm. Gündə 4-5 saat məşq etməyə çalışıram.Qu Gölü çox maraqlı baletdir. O mənim sevimlilərimdən biridir. Bu mənim üçün çox qeyri-adidir, ilk dəfə onu səhnədə eşidəndə telefonumdakı və ya televizordakı musiqini dinlədiyimdən  tamamilə fərqli olduğunu anladım. Bu duyğu çox maraqlı, təsviredilməz idi. Bütün bunlar  Boris Eifmanın rəhbərlik etdiyi Sankt-Peterburq teatrına dəvət olunduğum  zamanı başladı. Seçimlərdə məndəki potensialı  gördülər, beləliklə bir müddət orada qaldım. O vaxtdan bəri balerina  olmaq istədiyimi anladım. Hər kəsin bir istedadı olduğunu düşünürəm və sadə yolla  qarşısın ala  bilməyəcəksiniz. Gec tez tapacaqsınız. Hər zaman daha artığını istəyirəm. Həmişə daha yaxşı çıxış etmək istəyirəm. Məncə bu rəqqasə üçün normaldır. Hazırda təhsilimi bitirmək və bu yay istirahət etmək arzusundayam

 

Reporter: Yulia Babak


СМОТРИТЕ ТАКЖЕ

21.05.2019

İrina — rəqqasə

27.05.2019

Ramazan işığında — 22

28.05.2019

Ramazan işığında — 23

0:51
30.06.2015

Мариус Визер — Президент Международной Федерации Дзюдо

20.05.2019

Nikoloz Sikharulidze — Gürcüstan