Азербайджанский мультикультурализм

Evgeniya Vidişeva — teatr direktoru — Ukrayna

21.05.2019 | 12:11
  • Поделиться
О Передаче

Mənim adım Evgeniya Vidişevadır. Mən 22 yaşlı teatr direktoru və rəhbəriyəm. bu il mən Vidlik layihəsini təşkil etmişəm. Bu, Ukraynanın kişik şəhər və kəndlərində müasir sənət təcrübələrini inkişaf etdirmək məqsədi daşıyan təhsil sosial-mədəni layihədir. Bu gün  biz kiçik  Şastye şəhərindəyik (Luqansk regionu)- bura layihənin başlandığı yerdir. Bu gün layihəmizin iştirakçıları Milad qonaqlığı hazırlayıblar. Mənim üçün vacib olan əsas məqsədi — layihə iştirakçılarına nəzəri və praktiki baza, təcrübə və ruh yüksəkliyi  verməkdir. Layihə ərzində  bütün tədbirlər özləri tərəfindən təmin olunacaq. Və bugünki Milad bayramı həmçinin  onların müstəqil yaradıcılığıdır. Komandam və mən onlara sadəcə fəaliyyətlərin mənbələrini və planını — sadəcə «əsərlərdə necə» göstəricisini verirəm.  Onlar müstəqil yaradıcılar — menecerlər, direktorlar və aktyorlardır. Soruşa bilərsiniz- niyə bu vacibdir. Biz həqiqətən onlara daha sonra nə edəcəklərini öyrətmək istəyirik. Bu yerdən uzaq olduğumda onların hər hansı tədbiri necə etmək- onlara hansı materiallar lazım olması, əlaqə yaratmaq üçün vacib şəxslər kimdir, necə qeyd etməli və.s təcrübələri olacaq. Onların necə istedadlı olduqların görürəm, lakin onlar öz qabiliyyətlərinə əmin deyillər. Lakin onlar həqiqətən edə bilərlər!

Fikir və ruh yüksəkliyini  necə tapa bilirik

Düzgün nöqteyi-nəzərdən baxsaq, ruh yüksəkliyini, hekayələri, obrazları, bəzi ideyaları və qəbulları hətta fəzada belə tapa bilərik. Düşünsək ki sadəcə iki rəng var, yalnız onları istifadə edə bilərik, öyrənsək ki onlardan yeddisi var-dünyamız daha rəngli olar.

Reporter: Kateryna Tiahlo

Editor: Kateryna Tiahlo

 

 

 

 


СМОТРИТЕ ТАКЖЕ

26.05.2016

“Bizim rəqslər” Axısqa türkləri

20.06.2017

«Dağların xalqı» — Avarlar

9:32
04.08.2015

Ləzgi dili 4-cü dərs

0:32
25.11.2015

Джамшид Шафаи (представитель Синайского храма)

1:33
18.02.2015

Лиладхар Р. Пендс (США)