Азербайджанский мультикультурализм

Əşrəf — əlil rəssam — Tunis

20.05.2019 | 16:54
  • Поделиться
О Передаче

Müxbir: Bir tərəfdən paytaxtla üzbəüz tərtibsiz biçimsiz mənzillər, digər tərəfdən də bu şəraitsizlikdə çiçəklənən istedad diqqəti cəlb etməkdədir.

Əşrəfin taleyinə əllərsiz doğulmaq yazılmışdı. Lakin onun rəsm sənətinə olan məhəbbəti bütün maneələri aşmışdır.

O, ayaq barmaqları ilə rəsm əsərləri yaratmağa başlamışdır

Əşrəf: Bu qabiliyyət mənə özüm də istəmədən verilmişdir. Belə ki, qələmi ayağımla tutub yazmağa başlayanda öz-özümə dedim ki, əgər mən ayağımla yaza bilirəmsə, həmçinin, şəkil çəkməyi də bacararam. Özüm də bu fikri bəyəndim

Müxbir: Əşrəfin qabiliyyəti erkən yaşında üzə çıxmışdır.O da öz növbəsində əzmkarlıqla silahlanaraq bu qüsuru dünyanın uzaq üfüqlərinə gedib çatmaq ümidi ilə yaradıcı bir qüvvəyə çevirdi

Əşrəf: Mən özümü fiziki qüsurlu şəxs kimi deyil, əksinə sənətkar kimi görürəm. Bu qabiliyyətim ilə dünyanın hər bir nöqtəsinə və bütün sahələrə girmək niyyətindəyəm.  Çünki hesab edirəm ki, həqiqi qüsur insanın maddi həyatında yox, əqlində olur. Sağlam əqlə sahib olan kəs də istədiyi hədəflərə çata bilər.

Müxbir: Hədsiz arzular kifayətsiz qayğı və maddi dəstək problemləri ilə toqquşur.

Əşrəf: Həqiqətən Tunisdə rəssam və digər sənət nümayəndələrinə kifayət qədər qayğı yoxdur.

Nazirlik nümayəndəsi: Həqiqətən Əşrəf xüsusi istedada malik gəncdir,  İnşallah yaxın zamanda Nazirliyimiz 3 dekabr Əlillər Günündə iştirak edəcək və çalışacaq ki, Əşrəfə vəziyyətinin yaxşılaşması və çəkdiyi əsərlərin yayılması üçün lazımı dəstək və qayğını göstərsin.

Müxbir: Acı reallığa baxmayaraq çəkilmiş sənət əsərlərindəki təbii rənglər özündə parlaq gələcəyə ümid və arzunu əks etdirir.


СМОТРИТЕ ТАКЖЕ

20.05.2019

Küçə rəssamı — Gürcüstan

15.05.2019

Daniil Kulikovski — küçə musiqiçisi — Belarusiya

21.05.2019

Aleks — Ukrayna

21.05.2019

Dmitri — rəssam — Moldova

29.05.2019

Ramazan işığında — 24