Азербайджанский мультикультурализм

Diana — könüllü müəllimə — Ukrayna

20.05.2019 | 16:42
  • Поделиться
О Передаче

Diana, tələbə: Hər şey buradan başladı- doğulduğum və təhsil aldığım, həmçinin qayıtmaq istədiyim Kirovoqrad bölgəsindəki Novoukrainkanın kiçik şəhərində.

Uşaq olanda, gənclərin yalnız paytaxtlarda gələcəkləri olduğunu eşitdim. Lakin, kiçik şəhərin də inkişaf edə biləcəyinə inanmağa kömək edən insanlar vardı. Sadəcə istəməyə  və işləməyə dəyər!

Müəllimimiz bir dəfə mənə dedi: «Arzu min imkan, istəksizlik isə min səbəbdir». Bu mənim inamım oldu və müsabiqələrdə iştirak etmək, intellektual oyunlar oynamaq, İngilis teatrında çıxış etmək, həmçinin  EuroClubda işləməyim üçün  məni ruhlandırdı. Məktəb illərini məmnuniyyətlə xatırlayıram, lakin universitet seçmək və ali təhsil almaq vaxtıdır.

Dnipro, beynəlxalq münasibətlər üzrə ixtisaslaşan nüfuzlu bir universitetdə yaşamalı və təhsil almalı olduğum ilk böyük şəhərdir. Ürəyimdə qorxurdum, çünki bütün dostlarımı və qohumlarımı evdə qoydum. Lakin,  bir məqsədim vardı və bu məni  rahatlıqdan uzaqlaşdırdı və irəlilətdi!

Mən, tələbə mübadiləsi ilə məşğul olan və Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf layihələrini dəstəkləyən AIESEC beynəlxalq təşkilatına qoşulmuşam. Biz Ukrayna  markasını tanıdır və xarici tələbələr üçün layihələr təşkil edirik. Mən, həqiqətən, etdiklərimdən  zövq alıram, ancaq öz doğma diyarıma faydalı olmaq istəyirəm.

01.22-01.37 Bizim icma tez qurulub, lakin hələ də hər kəs yerli orqanlara necə təsir göstərəcəyini  anlamır. Fikrimcə, ən yaxşı sərmayələr biliyə və uşaqlara qoyulan sərmayələrdir. Onlar real fikir fabrikidir! Buna görə də, «İnsanların ictimaiyyətə təsiri» mövzusunda araşdırmalar aparırıq.

Bilirəm ki, Novoukrainka rayonunda çoxlu özünü inkişaf  fikirlərini bölüşən həmfikir insanlarım artır. Onlar artıq bu yolda ilk addımlarını atır, həmçinin Lao Tzu demişdir «Min Lee-yə gedən yol  ilk addım ilə başlayır»!

 

Reporter: Viktoriia Talashkevych
Editor: Andrew Florenko

 


СМОТРИТЕ ТАКЖЕ

20.05.2019

Dan Prisacaru — içki mütəxəssisi — Rumıniya

21.05.2019

Liviyalı yalnız ana

10:28
24.02.2015

Bakıda zəngin tarixi

23.01.2017

«Святилище» Шемаха

10:51
29.05.2015

III Всемирный форум межкультурного диалога. Баку, Азербайджан 6 часть