Азербайджанский мультикультурализм

Aya Almehdavi — tibb işçisi — Liviya

16.05.2019 | 11:30
  • Поделиться
О Передаче

20-li yaşlarınızda Liviyada həkim olaraq gec saatlara qədər işləmək çox qarmaqarışıq bir hala gəlib.

Çox qəribə bir zamandır. Təcrübəçi kimi, biz demək olar ki, hər gün 12 saata kimi növbələrlə işləyəcəyik, üstəlik pulsuz amma bu önəmli deyil. İnternaturadan sonra nə baş verir, həmin vaxt hər şey qarmaqarışıq olur.

{Həkim}: Salam, Mən həkim  Aya Almehdavi və mən sizdən bir neçə sual soruşacağam, yaxşi?

{Xəstə}: buyurun ..

{Həkim}: Adınız nədir?

{Xəstə}: Xədicə

«Mən Aya Almehdavi , 27 yaşım var, inter həkiməm, 2007-ci ildə universitetə başlamışam və 2017-ci ildə məzun olmuşam. İnternatura mənim   üçün yeni bir maraqlı təcrübə idi. Çoxlu şeylər öyrəndim hansı kı, onları edə bilmirdim, bu mənim üçün dərin tibbi təcrübə oldu.

«Liviyada tibbi təcrübə çox qəribə bir hala dönüb,  çünki

….. İxtisas seçimləri mövcud ixtisaslardan  çox deyil. Hətta maraqlandığınız bir şeydə  təcrübə keçsəniz belə … Aylarca işləməlisiz, 6 ay ən az, hətda ola bilər axırda sizə deyirlər ki, sizi işə götürmürük başqa yerə müraciət edin…

Hal-hazırda 12 saatlıq işləyirəm, 24 saatlıq növbələrdə oluram, ödənişsiz. Resurslar çox zəifdir. Həkim otaqları düzgün hazırlanmır. Bu tip şeylər məni əlavə iş axtarmağa məcbur elədi. Bu yolla mən xərclərimi qarşılaya bilirdim. Baxmayaraq ki o iş tibb ilə əlaqəli deyildi, amma eyni zamanda və uzun müddətdə, sertifikasiya imtahanın keçmək üçün xaricə səyahət etmək məcburiyyətindəyəm. Bu da mənə buradaki imtahanlara müraciət etməkdən başqa seçim qoymadı. Burada da qəbul olunmaq  ehtimalım  sıfıra yaxındır. Çünki təxminən 1400 müraciətçi var və  məhdud sayda qəbul hədəfləyirlər. Təbii olaraq, imkanlar hədsiz azdır.

 

Reporter: Siraj Etolhi
Editor: Sadeem El Tolhi

 


СМОТРИТЕ ТАКЖЕ

21.05.2019

Davit Soselia — idman invertoru — Gürcüstan

21.05.2019

Alina — cəbhədə könüllü — Ukrayna

13:26
16.10.2014

Səcdəgah.1-ci hissə

28.05.2018

Zamanın çağırışı — ADR 100

21.05.2019

Ramazan işığında — 16