Азербайджанский мультикультурализм

Alexandra Knyazyian — rəqqasə — Gürcüstan

21.05.2019 | 11:49
  • Поделиться
О Передаче

İyirmi yaşın özünü yaratma olduğuna inanıram. Mən bir balerinayam və ağır iş gündəlik həyatımın bir hissəsidir. Mən hər zaman və hər şeydə rəqqasəyəm. Bu mənim xarakterimin bir hissəsidir.  Opera truppasında işləməyi seçdim  və Tiflis Dövlət Universitetinin Sosial və Siyasi Elmlər fakültəsini bitirmişəm. Jurnalistəm və incəsənət haqqında məqalələr yazıram. Həmçinin Londonda təhsil almağı arzu edirəm. Hazırda bu arzunu həyata keçirmək üçün çalışıram. Artıq İctimaiyyətlə Əlaqələr sahəsində magistr dərəcəsi üzrə təhsil almaq üçün ALS testini vermişəm. Mənim üçün Avropa, tolerantlıq, işə hörmət, azlıqların və uşaqların hüquqlarına dair dəyərlər deməkdir. Bəzən ənənələrimiz mərasimlərə çevrilir. Allaha inanıram və bəzən kilsəyə gedirəm. Xüsusilə oxuduqları zaman xoşuma gəlir.

Son on il ərzində Gürcüstan Avropaya doğru böyük bir addım atdı, lakin  Gürcüstanın artıq Avropa ölkəsi olması fikri ilə razılaşmıram. Qonaqpərvərlik, yaşlılara hörmət həmçinin  valideynlərlə yaxın əlaqə və ünsiyyət kimi ənənələr də mövcuddur. Mənim ailəm bu qaydalarla yaşayır. Həyatımı özüm idarə etməyi sevdiyim üçün maşın sürməyi xoşlayıram. Avtomobillərə olan həvəsim məni dostlarımla birləşdirir. Onların bəziləri artıq Avropaya səfər edib və demək olar ki, hər kəs orada təhsil almaq istəyir. Hal-hazırda arzuım kiçik bir ölkədən dünyanın mərkəzinə köçmək, peşəkar məqsədlərimə çatmaq və xoşbəxt bir insan olmaqdır.

 

Reporter: Ia Barateli
Editor: George Samushia

 

 


СМОТРИТЕ ТАКЖЕ

26.05.2019

Ramazan işığında — Qədr gecəsi

21.05.2019

Maher Bannani — Mərakeş

04.10.2016

Дмитрий Савельев (депутат ФС ГД РФ)

15.05.2019

Boğdan — ixtiraçı — Ukrayna

21.05.2019

Tapu Dorin — sahibkar — Rumıniya